Girov saxlanılan gəmicilərimiz Azərbaycana gətirildi

Eritreyada girov saxlanılan Azərbaycan vətəndaşları ölkəyə gətirildi.
Bu barədə Adalet.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, bu, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində mümkün olub.
Eyni zamanda vurğulanıb ki, gəmi heyəti Eritreyada olan müddət ərzində Azərbaycanın Efiopiyadakı səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib.
"Bu prosesdə yaxından dəstək göstərən Türkiyənin Eritreyadakı səfirliyinə dərin minnətdarlığımızı bildiririk", - məlumatda qeyd olunub.
Xatırladaq ki, həmin şəxslər ötən il noyabrın 7-dən Eritreyada saxlanılıb. Onlar “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialının istismar etdiyi “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyət üzvləri olublar.
Digər Xəbərlər

İqor Kşnyakinin ailəsi faciənin baş verdiyi ərazidə - FOTOLAR

Ramazanın 26-cı günü: Dua, imsak və iftar vaxtı...

Azərbaycandakı dini konfessiyalardan Kir Starmerə MÜRACİƏT
