DSX mayoruna hücum edən idmançılar barəsində qərar verildi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Adalet.az Apa-ya istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı təqdimata baxılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin həbs-qətimkan tədbirinin müddətini mayın 5-dək uzadıb.
Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Digər Xəbərlər

Baş Prokurorluq bloger Rəfail Piriyevi istintaqa çağırdı

Bu məhkəmələrə yeni hakimlər təyin olunub

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilib

"Məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm" - Xanlar Vəliyev

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

Zərərçəkənlər ifadə verdi: "Həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı" - FOTOLAR

"Yoxlamaya gələnlər faizlərini alıb gedirdi" - MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə
