13 Aprel 2025 09:25
232
SİYASƏT

Türkiyə və Azərbaycan TDT-nin lokomotividir - Murat Kurum

Türkiyə və Azərbaycan TDT-nin lokomotividir.

Adalet.az xəbər verir ki, bunu report-a açıqlamasında Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

Onun sözlərinə görə, dünyanın ekoloji çirklənmələrdən qorunmasında Türk Dövlətləri Təşkilatının (TDT) üzərinə önəmli vəzifələr düşür.

Nazir deyib ki, ətraf mühitin qorunması bəşəri missiyadır: “Bu vəzifənin icrasında TDT-nin lokomotivi olaraq Türkiyə ilə Azərbaycan nümunəvi rol oynayır. Azərbaycanda COP-29-un keçirilməsində rəhbərlik etdiyim nazirliklə birgə Türkiyə olaraq yaxından dəstək verdik. Bu pozitiv fəaliyyətlərin nəticəsi olaraq COP 31-in Türkiyədə keçirilməsi üçün ölkəmiz tərəfindən irəli sürülən namizədlik prosesində Azərbaycan dəstəyini əsirgəmir. Ekologiya sahəsində birgə atdığımız qətiyyətli addımları və etdiyimiz əməkdaşlığı bütün türk dünyasına, eləcə də bütün dünyaya yaxşı nümunə olaraq yaymaq imkanımız var. Bu baxımdan hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı həm bir ailə kimi formalaşmış qurum, həm də nüfuzu getdkcə daha da artan beynəlxalq təşkilat olaraq iqlim dəyişmələri ilə mübarizədə qətiyyətli qərarlar qəbul edə, geniş fəaliyyətlər icra edə bilər”.