Əbülfət Mədətoğlu: İNAD

Susdum daha, danışmağı öldürdüm
Sözlərimi baxışlarım bildirər...
Mən özümü özümə də güldürdüm -
Tay özümü özüm çətin dindirər!
Yaddı mənə lap əzəldən ad - sıra
Gözüm tutan, qəlbim çəkən öndədi...
Xəyal quran anımda kim asqıra -
O mənimçün sevmədiyim bəndədi!
Nəm çəkirəm duyğulanan anımda -
Buluddan da, ağacdan da, daşdan da...
Hüceyrələr var-gəl edir qanımda -
Keçib gəlib qurudan da, yaşdan da!
...Qərarlıyam , israrımda qalıram
Danışmadan dan yerini sökəcəm...
Mən kimdən ki, ilhamımı alıram -
O deyəndə , dizi üstə çökəcəm!
Digər Xəbərlər

ŞƏHİDLƏR BOYLANIR BU KİTABDAN

Əzəli-əbədi güc - Pərvanə Bayramqızı yazır

Rəhbəri A(a)qil olan “Ə(ə)dalət”in İ(i)radəli baş redaktoru varsa, bu qəzetə zaval yoxdur - İqbal Alısoydan TƏBRİK YAZISI
