Əhməd İsmayılov: Bu memorandum yerli medianın fəaliyyətində canlanma yaradıb

Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu yerli medianın fəaliyyətində canlanma yaradıb, media nümayəndələrinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan verib.
Adalet.az xəbər verir ki, bunu Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 19-da Bakıda Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında möhkəmlənmiş qardaşlıq münasibətləri media da daxil olmaqla bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir:
"Hər iki ölkə liderinin qarşılıqlı səfərləri dövlətlərimiz arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və Türkiyə xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür. Sözügedən memorandum beş il ərzində iki ölkənin media sahəsində əməkdaşlığının inkişafı, media subyektləri arasında bilik və təcrübə mübadiləsi, informasiya mübadiləsinin genişləndirilməsi və birgə layihələrin uğurla həyata keçirilməsi üçün möhkəm bir zəmin yaradıb".
Digər Xəbərlər

"Konstitusiya və Suverenlik İli": Naxçıvanda məlumat sessiyası keçirildi - FOTO

Konstitusiya ilə bağlı media nümayəndələri üçün məlumat sessiyası keçirilib - FOTOLAR

Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşdü - FOTOLAR

Media nümayəndələri üçün seminar keçirildi - FOTOLAR

Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığa dair müzakirələr aparıldı - FOTOLAR

Əhməd İsmayılov Aida Balayeva ilə görüşüb - FOTOLAR

"Media dövlət və cəmiyyət arasında körpü rolunu oynayır" - Əhməd İsmayılov
