Əkrəm İmamoğlunun həbsi ilə bağlı rəsmi açıqlama verildi

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində verilən məhkəmə qərarları ilə bağlı açıqlama verib.
Adalet.az xəbər verir ki, nazir İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da daxil olmaqla bəzi şübhəlilər üçün həbs, məhkəmə nəzarəti və sərbəst buraxılma qərarları verildiyini bildirib.
Tunç proseslərin təftiş üçün açıq bir şəkildə aparıldığını və müvafiq araşdırmaların hələ də davam etdiyini vurğulayıb.
Açıqlamada davam edən istintaqı “siyasi araşdırma” kimi qələmə verilməsinin yanlış olduğu qeyd edilib. Nazir əlavə edib ki, hüquqi qiymətləndirmələrin siyasi əsaslara sürüklənməsi cəmiyyətdə yanlış təsəvvürlərə gətirib çıxara bilər, bu, qanunun aliliyi prinsipinin pozulması deməkdir.
Tunç prosesin tamamlanmasını gözləmək lazım olduğunu və gedişata mülayim şəkildə yanaşmağın vacibliyini vurğulayıb.
Sonda ədalətin yalnız müstəqil və qərəzsiz məhkəmə orqanları tərəfindən təmin olunacağı, xüsusilə məsul vəzifələrdə olan şəxslərin öz çıxışlarında diqqətli və məsuliyyətli davranmalı olduqları bildirilib.
Digər Xəbərlər

İstanbuldakı etirazlarda təxribat törədən jurnalist deportasiya edildi

Zelenskinin sülhməramlılarla bağlı gizli planı üzə çıxdı

Temmi Bryus: Tərəflər Ukraynada atəşkəsə yaxındırlar

Rusiyanın əsirliyindən qayıdan ukraynalı hərbçinin FOTOSU təəccübləndirdi

Təxribatlarla vətəndaşlarımızın dincliyini pozmağa son verin - Türkiyə Prezidenti

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb

Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqları başa çatdı - YENİLƏNİB
