Elçin Lənbəranski: “Cənazəni aparanda timsah göz yaşları tökəcəksiniz”
Xəbər verdiyimiz kimi uzun zamandır səhhətində ciddi problemlər yaşayan meyxanaçı Xəyyam Əhmədli vəfat edib. Meyxanaçının xəstə olduğu zamanlarda həmkarlarının mübahisələri Elçin Lənbəranskini özündən çıxarıb.
Adalet.az bildirir ki, E.Lənbəranski mərhum meyxanaçının vəziyyətinə biganə qalan həmkarlarını və digər tanınmışları qınayıb. Onlari sərt şəkildə tənqid edib:
“Orxan Lökbatanlı ilə Balaəli Maştağalı bir- birini efirlərdə qırırlar. Ortada da Xəyyam ölür. Bəli, Xəyyam haqqın dərgahına qovuşdu. Bunu demək çox çətindir. Onun həmkarlarının birliyini gördükmü?! Yox! Demək olar ki, 99% meyxanaçı Xəyyamın yanına sadəcə görünütü üçün getmişdi. Bunu əminliklə deyirəm. Efirlərdə bir- birini mənasız yerə qıranlar, Xəyyamı yad etməyənlər indi cənazəsində timsah göz yaşları tökəcəklər. Artistlik edəcəklər! Məni bilirsiniz niyə sevmirsiniz? Çünki acı da olsa üzünüzə qarşı doğruları söyləyirəm”.
Əntiqə