03 Dekabr 2024 16:21
154
ŞOU-BİZNES

İzzət Bağırov: “Kişiyə iki şey ziyandır”

İzzət Bağırov  maraqlı açıqlamasıyla diqqət çəkib.

Adalet.az bildirir ki, o, daim formada qalmağının sirrini açıqlayıb:

“Kişini qocaldan iki şey var.Siqaret və spirtli içki. Bunların heç birini heç vaxt istifadə etməmişəm. Mən 13 yaşımdan namaz qılıram, lap namaz qılmasam da bunları istifadə etmərəm. Çünki bu iki şeyin insan həyatına necə zərbə vuduğunu dərk edirəm. Biz ailəlikcə çörəkdən demək olar ki, istifadə etmirik. Həddindən artıq çox yemək də insanın sağlamlığına ziyandır. Ac qalmamaq üçün  yeyirəm. Mən iştahla yemək yesəm, 2 saat yemək stolundan qalxmaram. Sadəcə nəfsimə qalib gəlirəm”.

Əntiqə