Əməliyyatdan sonra sağlam bərpa üçün əsas silah: FİZİOTERAPİYA

"Fizioterapiya – müasir tibbin ən vacib və əvəzolunmaz bərpa üsullarından biridir".
Adalet.az xəbər verir ki, bu barədə 93 FM-in “Sağlam radio” verilişində çıxış edən fizioterapevt Könül Məmmədova danışıb.
O bildirib ki, fizioterapiya yalnız müalicə deyil, həm də profilaktika məqsədilə tətbiq olunur və xüsusilə ortopedik və neyrocərrahi əməliyyatlardan sonra zəruridir.
“Əməliyyatdan sonra əzələlər zəifləyir, hərəkət məhdudlaşır, ağrılar artır. Fizioterapiya bu şikayətlərin qarşısını almaq üçün əvəzsizdir. Əzələ spazmını aradan qaldırır, qan dövranını və toxumaların oksigenlə təchizatını yaxşılaşdırır”, – deyə həkim bildirib.
Fizioterapiya şişkinlik və ödemlərin azaldılmasında da mühüm rol oynayır – bu məqsədlə limfa drenajı və krioterapiya kimi metodlar tətbiq edilir. Həmçinin, aktiv və passiv hərəkətlərlə oynağın hərəkət qabiliyyəti qorunur.
Ən çox tətbiq olunan hallar arasında ortopedik əməliyyatlar (oynaq dəyişdirilməsi, sınıq fiksasiyası), neyrocərrahi əməliyyatlar (bel və boyun yırtığı), travmalardan sonrakı bərpa və ürək-ağciyər əməliyyatları yer alır.
“Əgər bərpa düzgün aparılmazsa, bu, gələcəkdə əlillik riskini artıra bilər. Fizioterapiya isə bu riskləri minimuma endirir”, – deyə Könül Məmmədova əlavə edib.
Digər Xəbərlər

Uşağınızın qorxusu mənasız olsa da...

"Sağlam həyat tərzi zehni gücü artırır"

Sürətli arıqlamağın sirri

Bu meyvələr sizi kökəldə bilər

Kondisioner niyə bəzi insanlara pis təsir edir?

Saqqallı kişilərin nəzərinə! - Bakteriya mənbəyi imiş

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq
