Emindən açıqlama: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək

Tanınmış iş adamı və müğənni Emin Ağalarov yeni layihəsi ilə bağlı sensasion açıqlama verib.
Adalet.az Musavat.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Bakı yaxınlığındakı Nardaran ərazisində yerləşən “Sea Breeze” şəhərciyində Avropanın ən böyük kazinosu inşa olunacaq.
Ağalarov bu barədə özünün rəsmi “Instagram” səhifəsində paylaşım edərək bildirib:
“Bu sahədə böyük planlarımız var. Sizinlə vizualizasiyalarımızı və qlobal ideyalarımızı bölüşürəm. Layihəni reallaşdırmaq üçün bütün razılaşdırma və icazə mərhələlərinin tamamlanmasını gözləyirik”.
Müğənni eyni zamanda 90.000 kvadratmetrlik sahəni əhatə edəcək kazino layihəsinin ilkin maketini və vizual təqdimatını da izləyiciləri ilə paylaşıb. Kadrlarda klassik Avropa memarlığı üslubunda hazırlanan nəhəng kompleksin görüntüləri əks olunub.
Layihə başa çatdıqdan sonra “Sea Breeze” yalnız kurort və istirahət mərkəzi deyil, həm də regionun əsas əyləncə və oyun biznesi mərkəzinə çevrilə bilər.
Xatırladaq ki, Emin Ağalarov son illər ərzində “Sea Breeze” brendi altında Nardaranda genişmiqyaslı şəhərcik və istirahət mərkəzi inşa etdirir. Yeni kazino layihəsi isə bu konsepsiyanın daha da genişləndirilməsi baxımından növbəti böyük addım kimi qiymətləndirilir.
Digər Xəbərlər

Əhalinin kredit kartları almasına limit qoyulur

Azərbaycanda dövlətə ərzaq satışı ilə bağlı təkliflərin qəbuluna başlanıldı

Sabah Azərbaycan qazının Suriyaya ixracına start veriləcək

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

Azərbaycanda kredit faizləri aşağı salınacaq? - CAVAB

Taleh Kazımov yeni qərar imzaladı - SƏRTLƏŞDİRİLDİ

Bu şəxslər 5 il tez pensiyaya çıxacaqlar: Daha kimlər imtiyazdan yararlanacaq?
