Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Cənab Prezident, Əziz Qardaşım.
Təbiətin yenidən canlandığı, torpağın oyandığı və ümidlərin çiçəkləndiyi Novruz bayramı münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Çoxəsrlik qədim ənənəmiz olan Novruz bu il də sülhün, qardaşlığın, həmrəyliyin əhəmiyyətini xatırlamağımıza vəsilə olur. Ümid edirəm ki, Novruz dünyada sülhlə bağlı ümidlərin bəsləndiyi, beynəlxalq dialoq və əməkdaşlığın yeni səviyyələrə çatdığı bir dövrün müjdəçisi olacaq. Ölkələrimiz arasında dərin köklərə malik dostluq və qardaşlıq tellərinin möhkəmlənməsi, əməkdaşlığımızın daha da güclənməsi bu Novruz bayramında da səmimi arzumuzdur.
Bu mənalı gün münasibətilə Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq dolu gələcək arzulayıram".
Digər Xəbərlər

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib

Ərdoğan: Qarabağın azad edilməsi regionda yeni səhifə açıb

Putin İlham Əliyevi təbrik etdi

Azərbaycan XİN Ararat Mirzoyanın əsassız iddialarını pisləyib

Novruz Azərbaycanın daha güclü sabahlarının bayramıdır

İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub

Azərbaycan qarşıya qoyulan inkişaf yolundadır
