21 Mart 2025 21:47
113
DÜNYA

Hakan Fidan: Rusiya-Ukrayna arasında atəşkəs danışıqlarını dəstəkləyirik

Türkiyə Rusiya-Ukrayna arasında atəşkəs danışıqlarını dəstəkləyir.

Adalet.az-ın  “Haber Global”a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan macarıstanlı həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, rəsmi Ankara Rusiya-Ukrayna arasında həm atəşkəs, həm də hərtərəfli sülh danışıqlarını dəstəkləyir.