30 Iyul 2025 16:20
192
İQTİSADİYYAT

Ermənistan ixracında fantastik artımlar...

Bu araşdırma “Qeyri-hökumət Təşkilatıarına Dövlət Dəstəyi Agentliyi”nin maliyyə dəstəyi  ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili” mövzusunda reallaşdırılan layihə çərçivəsində yazılan üçüncü məqalədir.

Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair ikinci araşdırmamızda biz Rusiya – Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanda idxalın həcminin kəskin şəkildə artımınından geniş söhbət açdıq (https://musavat.com/news/muharibede-uduzan-ermenistan-7-milyardliq-qizil-brilyant-niye-alir-professorun-sensasion-arasdirmasi_1178549.html). Bu araşdırmamızda isə son 5 ildə Ermənistanın xarici ticarət dövriyyəsində ixracın həcminin fantastik artmından bəhs edəcəyik.

Biz Ermənistanın idxalındakı fantastik artımları eynilə bu ölkədən ixracının həcminin artımında görə bilirik. Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi internet saytında apardığımız araşdırma nəticəsində əldə etdiyimiz faktlara müraciət edək. Apardığımız araşdırma göstərir ki, Ermənistanda 2020-ci ildə idxal məhsullarının ümüumi dəyəri 2 milyard 537 milyon ABŞ dolları olmuşdusa, bu rəqəm 2021-ci ildə əvvəlki illə müqaisədə 18,9% artaraq 3 milyard 16 milyon dollara, eyni qaydada 2022-ci ildə 79,7% artaraq 5 milyard 419 milyon dollara, 2023-cü ildə 57,8% artaraq 8 milyard 552 milyon dollara, 2024-cü ildə isə 53,6% artaraq 13 milyard 137 milyon dollara çatmışdır. Bir sözlə, son 5 ildə Ermənistanda idxal məhsullarının həcmin 10,6 milyard dollar və ya 518,0% (5,2 dəfəyə yaxın) arta bilmişdi.

Daha çox diqqət çəkən məqam budur ki, 2020-ci illlə müqaisədə 2024-cü ildə Ermənistanın ixracında təbii və ya mədəni mirvarilər, qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların həcmi fantastik səviyyədə arta bilmişdir. Yəni bu məhsulların ixracının həcmi 2020-ci ildə 368,8 milyon dollar təşkil edirdisə, 2024-cü ildə eyni məhsulların Ermənistandan ixracının həcmi 8,0 milyard 42 milyon dollardan çox olmuş, daha doğrusu 5 il ərzində 7 milyard 673 milyon dollar və ya 2180,6% (21,8 dəfə) artmışdır.

Sual olunur, əgər Ermənistan iqtisadiyyatında təhlillə əhatə etdiyimiz 2020 – 2024-cü illər ərzində gerçəkdən yüksək artımlar baş veribdirsə, o halda nədən biz belə artımları Ermənistan iqtisadiyyatının xarici ticarət dövriyyəsindən dollayı digər sahələrində və onun Dövlət büdcəsində müşahidə edə bilmirik? Göstərilən illər ərzində şişirdilmiş xarici ticarət dövriyyəsinin “köməyi” ilə belə Ermənistan iqtisadiyyatında baş vermiş artımlar bu ölkənin idxal və ixrac əməliyyatlarında baş verən artım templəri ilə müqaisə edilməyəcək dərəcədə aşağı olub. Bütövlükdə isə bu illər ərzində Ermənistan iqtisadiyyatının bəzi sahələrindəki cüzi artımlar nəzərə alınmasa, ölkənin iqtisadiyyatı durğunluq dövrünü yaşayıb.

Bir daha Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi internet saytından əldə etdiyimiz əlahəzrət faktlara nəzər salaq. Ermənistanın ümumi daxili məhsulu 2020/2024-cü illər ərzində 16 milyard 105 milyon dollardan 26 milyard 556 milyon dollara yüksəlmiş, daha doğrusu, bu illər ərzində 10,5 milyard dollar və ya 64,9% böyümüşüdür. Ermənistan Dövlət büdcəsinin gəlirləri də müqaisə aparılan illər ərzində 4 milyard 58 milyon dollardan 6 milyard 706 milyon dollara qədər yüksəlmiş və ya müvafiq olaraq 2 milyard 648 milyon dollar və 65,3% artmışdır. Lakin bu illər ərzində Ermənistanın xarici ticarət dövriyyəsi 7 milyard 101 milyon dollardan 30 milyard 202 milyon dollara qədər yüksəlmiş və ya müvafiq olaraq 23,1 milyard dollar və 425,3% (4,2 dəfə) arta bilmişdi. Böyük paradoksdu, deyilmi? Belə anormal iqtisadi mənzərəyə dünyanın heç bir ölkəsində rast gəlmək mümkün deyil. Ancaq Ermənistan hökuməti əsassız idxal-ixrac şişirtmələrini bir-birinə calayaraq göstərilən dövrdə belə bir iqtisadi “sıçrayış” əldə edə bilibdir.

Layihə çərçivəsində növbəti araşdırmamızla biz Ermənistan İqtisadiyyatında baş vermiş “bumun” əsasını təşkil edən, onun şişirdilmiş xarici ticarət dövriyyəsinin ayrı-ayrı məqamlarını incələməklə bu ölkənin iqtisadi “sıçrayışının” əsas səbəblərini açıqlayacağıq.

 

Fikrət Yusifov

İqtisad elmləri doktoru,

professor,

“Ekonomiks” Beynəlxalq İqtisadi

Araşdırmalar İctimai Birliyinin sədri