12 Iyun 2019 15:48
162073
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçünəsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz,keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz birparçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebooksosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda dao cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır.İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səliseşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferadatanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.azYayaq ki,yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə dəinsanın özünə arzuladığı ən böyük istəkdir.


***

Elməddin Muradlı: " Futbolu butsi ilə yox, qaloşla oynasaydılaruduzmazdılar.”


***

İlkin Həsəni: "Deyirəm nə yaxşı ki, Binəqədi qəsəbəsi ərazisindən CənabPrezident keçir. Vallah yoxsa nə yollara baxarlar nə də yol nişanlarını yeniləyərlər.Sağ olsun ki, gəlib biz tərəfdən keçir.”


***

Mehman Muradlı: "Bu gün Rusiyanınmüstәqillik günüdü. Sovet imperialistlәri Rusiyanı işğal edib,Azәrbaycana birlәşdirmişdi.”


***


Şəhla Cabbarlı: "Məsumluq və saflıq.Son zamanlar insanlarda ən çox ehtiyac duyduğumuz hislərdir.”


***


RəşadMəcid: "Gözəl və ağıllı Qadın həmişəAllahlıq iddiasında olur!Bəzən gizlətsə də…”


***


Ayxan Ayvaz: "Çox kövrək olmuşam axırvaxtlar. Əslində toxtaq adamam. Amma kədər məni maqnit kimi özünə çəkir. Bu günavtobusda qızını kiritməyə çalışan qadının çarəsizliyi heç cür ağlımdançıxmayıb. Ola bilsin, sizə gülməli gəlir, amma mən ordakı kədəri anındaca hisselədim. Biz də beləbədbəxtik də...


***


Hikmət Nazim: "Şəhidlərölmür" pafosundan xilas olmayınca birinin oğlu, o birinin dostu-qardaşı öləcək,qırmızı-qırmızı başsağlığı verib həyatımıza davam edəcəyik.


***


Kübra Məhərrəmova: "Mən uşaq olanda adətvardı. Ya ailə üzvlərindənkimininsə ad günündə, ya da nəsə qeyri-adi hadisə olanda adamlar gedirdilərfoto otelyeyə. Fotoqraf da uşaqlara deyirdi ki, bura baxın, indi burdan quşçıxacaq. Quş çıxmırdı, əvəzinə fotolar çıxırdı. Sonra üstündən bir neçə günsonra gedirdilər fotonun ardınca, fotoyla bərabər neqativ də verirdilər.Adamların gözləri, dodaqları yaşıl olurdu neqativdə. Hər halda yaddaşımda beləqalıb.
Atam belə şeylərin həvəskarı idi, ad günümüzdə aparardı bizi foto otelyeyə. Ailəliklə gedərdik foto çəkdirməyə.Fotoların arxasını yazardı, ay-gün-il, mütləq hansı əlamətdar hadisə ilə bağlıolduğunu da qeyd edərdi. Foto çəkiliş bizim üçün böyük bir hadisə olardı.Yadımdadı foto otelyelərdə fon olardı, qırmızı ya da göy rəngdə pərdələrdənibarət. Ailə fotolarını orada çəkərdilər. Uşaqlar üçün taxta at olardı... İndibütün xatirələr də o vaxtın foto otelyesi kimi yox olub. Hə, bircə atamla olanfotolar qalıb... Rəngli və neqativdə.


***


Kamran Əsədov: "Əgər 3 rəsmi oyundakıbərbad oyun, biabırçı nəticədən sora AFFA rəhbərliyi, milli yığma komandamızınməşqçi heyəti tam şəkildə dəyişməsə, bundan sonra nəsə dəyişməyəcək.


***


Şərif Ağayar: "Hələ də xoşbəxtlikaxtarıram, tapsam, sənə hədiyyə edəcəm.


***


İntiqam Valehoğlu: "Bəzi adamlarınadının kontakta ona görə yazırsan ki, zəng vuranda tanıyıb cavab verməyəsən”.