"Faktiki olaraq düşmənin qüvvələri mühasirədə qalmışdı" - Dövlət başçısı

İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq.
Adalet.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında səsləndirib.
Müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatların keçirilmədiyini vurğulayan dövlət başçısı qeyd edib: “Çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın”.
Digər Xəbərlər

Pezeşkian Azərbaycana gələcək

Almaniya səfiri Azərbaycan XİN-ə çağırılıb

İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub

XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

İlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib

İlham Əliyev Pakistan Baş naziri ilə telefonla DANIŞDI

Azərbaycanla çoxşaxəli əməkdaşlıq inkişaf edəcək - Belarusun Baş naziri
