Füzuli istiqamətində aviabiletlərin alışı qaydaları dəyişdi

Bu gündən etibarən Azərbaycan Hava Yolları QSC (AZAL) tərəfindən Bakı–Füzuli–Bakı marşrutu üzrə həyata keçirilən uçuşlara aviabilet alışı qaydalarında dəyişikliklər qüvvəyə minir.
Adalet.az AZAL-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları bu istiqamətdə aviabiletləri AZAL-ın rəsmi internet saytından və ya mobil tətbiqindən xüsusi icazə təqdim etmədən birbaşa əldə edə bilərlər. Bu imkan həm bir istiqamətdə, həm də gediş-dönüş uçuşlarına şamil olunur.
Səfər üçün tələb olunan zəruri icazələr sistem tərəfindən avtomatik şəkildə təqdim olunur. Bu səbəbdən “Yolumuz Qarabağa” portalı vasitəsilə əlavə müraciət göndərilməsinə ehtiyac qalmır.
Sözügedən dəyişikliklər Azərbaycan vətəndaşları üçün prosedurların sadələşdirilməsi və səfər prosesinin daha da rahat keçməsi məqsədilə tətbiq olunub. Xarici ölkə vətəndaşlarının isə Füzuli istiqamətində səfər etmələri üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə almaları tələb olunur.
Qeyd edək ki, Bakı–Füzuli–Bakı reysləri həftədə iki dəfə – şənbə və bazar günləri həyata keçirilir.
Digər Xəbərlər

Bu lampaların satışı qadağan edildi

Adambaşına 13.8 min manat bank borcu var - Vüqar Bayramov

PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib

Bu əmələ görə 1000 manat cərimə müəyyənləşir

Standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasının müddəti uzadılır

Kredit faizləri düşəcək? - Dövlət banklara 1 milyard dollar depozit yerləşdirib

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı
