Gədəbəyədə qayınata və baldız birləşib gəlini ilə qızı döydülər - YENİLƏNİB

"11.04.2025-ci il tarixində saat 13:40 radələrində 2 nəfər (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 1983-cü il təvəllüdlü şəxsə dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib.
Hər 2 pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
*** 14:04
Gədəbəydə ana və övladı döyülüb.
Adalet.az-ın məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində baş verib. Belə ki, 1983-cü il təvəllüldü İ.Mürsəlova və övladı 2007-ci il təvəllüdlü N.Mürsəlova müxtəlif bədən xəsarəti i ilə xəstəxanaya yerləşdirilib.
Ana və onun övladına tibbi yardım edilib. İlkin məlumata görə, İ.Mürsəlova qayınata və baldızı tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.
DİN-dən verilən məlumata görə, məsələ ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır, ekspertiza təyin olunub. Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcəkdir./unikal
Digər Xəbərlər

"İnsanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər" - Xocalı qatili olduğunu etiraf etdi

Bakıda evdən 17 min manatlıq oğurluq edildi

Yardımlıda əməliyyat: saxlanılan şəxsdən tapança götürüldü

Kartlardan daha 51 559 manat oğurlandı

Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı

""Humanitar dəhliz əhalini tələyə salmaq üçün qurulmuş “ölüm zonası” idi" - Şahidlər danışdı

Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf etdi
