Gürcüstan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Sizi və dost Azərbaycan xalqını əlamətdar Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu bahar, yenilənmə və birlik bayramında Sizə xoşbəxtlik, möhkəm cansağlığı, ölkənizə isə sülh, tərəqqi və firavanlıq arzulayıram.
Novruz bayramı əsrlər boyu ölkələr arasında qarşılıqlı hörmət, dostluq, mehribanlıq rəmzi olmuşdur. Çoxəsrlik adət-ənənələrə və mədəni irsə malik olan Novruz xalqlar arasında qarşılıqlı hörmət əsasında qurulan əlaqələrin, sülhün və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyır.
Mən qəti şəkildə inanıram ki, Gürcüstan ilə Azərbaycan arasında uzunmüddətli dostluq və strateji tərəfdaşlıq gələcəkdə də inkişaf edərək regional sülh və sabitliyi daha da möhkəmləndirəcək.
Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, bu əlamətdar bayram münasibətilə dost Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm".
Digər Xəbərlər

Pezeşkian Azərbaycana gələcək

Almaniya səfiri Azərbaycan XİN-ə çağırılıb

İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub

XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

İlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib

İlham Əliyev Pakistan Baş naziri ilə telefonla DANIŞDI

Azərbaycanla çoxşaxəli əməkdaşlıq inkişaf edəcək - Belarusun Baş naziri
