"İllik inflyasiya hədəf diapazonu daxilində olub" - Baş nazir

"2024-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 47.4 mlrd. ABŞ dollarına çatmış, müsbət ticarət saldosu 5.3 mlrd. dollar olub. Qeyri-neft ixracı 3,3 mlrd. dolları üstələyib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını təqdimatı zamanı Baş nazir Əli Əsədov deyib.
Onun sözlərinə görə, 2024-cü ildə ölkənin strateji valyuta ehtiyatları 2.5 mlrd. dollar (və ya 3.7%) artaraq 71 mlrd.dollar (hazırda 73 mlrd.dollar) təşkil edib və xarici dövlət borcunu 14 dəfə üstələyir:
"İlin sonuna xarici dövlət borcunun məbləği 20,6% azalaraq 5,1 mlrd. dollar olmuş və ÜDM-in cəmi 6,9%-ni təşkil edib. Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyi, makro-fiskal və monetar siyasətlə bağlı qərarlar inflyasiyaya azaldıcı təsir edib. Hesabat ilində illik inflyasiya hədəf diapazonu daxilində olub. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4,9%, orta illik inflyasiya isə 2,2% olub".
Nicat
Digər Xəbərlər

Gəliri az olan insanlar daha tez qocalmağa meyillidirlər

Əmək hüquqlarını pozan “Elay İnşaat” cərimələndi

Azərbaycanda fevral ayı üçün ərzaq qiymətləri açıqlandı

Əmək müqaviləsi ilə işləyənlərin sayı niyə azalıb?

Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq

Supermarketiniz Bazarstore-da Novruz fürsətləri başladı

"Ola bilər kabinetlərdə oturaraq bəzi şeyləri görmürük" - Əli Əsədov
