16 Mart 2025 10:02
949
SİYASƏT

"İrana satılmış kürdlər" iddiası, İraqın qisası: Hələbcə soyqırımı

Oxucularımıza bəllidir ki, İranda"Müqəddəs müdafiə" adını almış İran-İraq müharibəsi 22 sentyabr 1980-ci ildə İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibəyə səbəb strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək olub.

Amma araşdırmaçılar belə bir qənaətdədir ki, ərəb-fars etnik konflikti; ərazi mübahisəsi - İraqın İrana qarşı ərazi iddiaları (Xuzistan əyalətini ələ keçirmək planları, Şəttül-Ərəb çayının bölünməsi problemi, İraqın Küveyti öz əyalətinə çevirmək istəyinə qarşı İranın etirazları); Siyasi görüşlərdə müxtəliflik; Sünni-şiə qarşıdurması; Dünya bazarında neft ixracı uğrunda rəqabət; İki dövlət rəhbərlərinin şəxsi ambisiyaları da müharibənin səbəblərindəndir.

8 il davam edən müharibə hər iki tərəf üçün uğursuz olmuş, çoxlu sayda insan və maddi itkilərlə nəticələnmişdir.
Bu arada xatırladım ki, müharibənin ilk dövründə İraq ordusunun silahları sovet və fransız istehsalı idi. Onların əlində T-54, T-55, T-62, T-72 tankları, BMP-1 piyadaların döyüş maşınları, BTR-50, BTR-60, OT-64 zirehli maşınları, Mi-8, Mi-24, "Qazel", Aluet III vertolyotları, qırıcı-bombardmançı MiQ-21, MiQ-23, Su-17, "Miraj" F-1, səsdən sürətli, çoxfunksiyalı MiQ-25, bombardmançı Tu-16, Tupolev Tu-22 təyyarələri var idi.

İran ordusu 1979-cu ilədək əsasən ABŞ silahları ilə təchiz olunsa da, AFR, SSRİ və İsraildən də silahlar alırdı. İran ordusunun əlində M47, M48, M60, “Çiften” tankları, müharibənin son dövrlərində Çin istehsalı olan sovet tankları, BMP-1 piyadaların döyüş maşınları, M113, BTR-50 zirehli maşınları, AH-1 Kobra, UH-1, CH-47 vertolyotları var idi. İran HHQ-nin əsas təyyarələri qırıcı-bombardmançı F-4, F-5 və F-14-lər idi.

Hələbcə qətliamı

İraqın Süleymaniyyə mühafəzəsində bir şəhər var , adı Hələbcə . Əhalisi 300,000 nəfərdir. Kürdlər bu şəhərdə çoxluq təşkil edirlər. Qədim şəhərdir. 1650-cı ildən tanınır.

İran –İraq müharibəsinin sonuncu illərində İraq daha çox itkilərlə üzləşməyə başladı. Beləki, Səddam Hüseynin 23 fevral - 16 sentyabr 1988-ci il tarixləri arasında Əl-Ənfal əməliyyatını gücləndirdiyi dövrdə İran ordusu martın ortalarında "Qələbə-7" adlı ümumi hücuma başladı.Bu hücumda küdlərin İrana dəstəyi, öz ölkələrinə xəyanəti aydın göründü. Daha dəqiq, Cəlal Təlabaninin başçılıq etdiyi Kürdüstan Vətənpərvərlər Birliyinə bağlı peşmərgə İran ordusu ilə əməkdaşlıq edərək Hələbcə şəhərinə daxil olaraq üsyana başladı.

Səddam Hüseyn İraq Ordusunun Şimal Cəbhəsi Komandanı, general-leytenant Əli Həsən əl-Məcid əl-Tikritiyə (qərb mediasında “Kimyəvi Əli” kimi tanınır) İran ordusunun irəliləyişini dayandırmaq üçün zəhərli qaz bombalarından istifadə etməyi əmr etdi. 16 mart 1988-ci ildə Hələbcə şəhəri zəhərli qaz bombaları daşıyan səkkiz MiQ-23 təyyarəsi ilə bombardman edildi.

Hələbcə sakinləri, İran əsgərləri və Peşmərgə də daxil olmaqla 5.000 mindən çox insanın öldüyü, 7.000 mindən çox insanın yaralandığı təxmin edilirdi. Ancaq bu rəqəmin İraq müharibəsindən sonra bölgəyə daxil olan əcnəbilər tərəfindən daha çox olduğu müəyyən edilib.

19 avqust 1988-ci ildə İraq və İran atəşkəs sazişi imzaladılar. İraq ordusu atəşkəsdən 5 gün sonra Hələbcəni geri alıb və bu işğal zamanı 200 sakinin öldürüldüyü bildirilir.
Süleymaniyyə Universiteti Tibb Fakültəsi Müəllim Prof. 7 dekabr 2002-ci il tarixdə “The Sydney Morning Herald” qəzetində dərc olunan “Şərdə Təcrübə” başlıqlı məqaləsində Fuat Baban Hələbcədə əlillərin doğuş nisbətinin Xirosima və Naqasakidən 4-5 dəfə çox olduğunu iddia edib.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən aparılan tibbi müayinələr nəticəsində hücumda xardal qazı və növü müəyyən edilə bilməyən sinir qazı növündən istifadə edildiyi müəyyən edilib. Bu fakt isə Səddam Hüseynin edam edilməsi üçün əsas olur. 2006-cı ildə dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edildi.1-cu il martın 2010-də İraqın Ağır Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanıyıb. Kürdüstan Regional Hökuməti tərəfindən müsbət qarşılanıb.


P.S. Olduqları hər bir ölkənin daxilində hər zaman adları terrorla birgə çəkilən kürd əsilli terrorçuların varlığı hər zaman problem yaradıbdır. Onların sayəsində günahsız kürdlər də zərər çəkib. İranda separatçı kürdlərin yaratdıqları xaos, Türkiyədə PKK, Suriyada, İraqda terror və iğtişaşlar ancaq bu toplumun adı ilə bağlıdır. Eynən ermənilər kimi. Zatən “Böyük Ermənistan” və “Böyük Kürdüstan” sayıqlamaları bölgədə böyük fəlakətlərə, qanlı olaylara səbəb olub. Allah dünyanı cəhənnəmə döndərən terrorçuların gec ya tez cəzasını verir.                                                                                                                                                                                                                                                                                                                                                                                    Əntiqə Rəşid                                                                                                                                                                                                         (Yazarın arxivi)