29 Mart 2025 09:30
318
DÜNYA

İsrail əsgərləri Qəzzada döyüşlərə qayıtmaq istəmir

İsrail ordusunun bir çox ehtiyatda olan əsgər və zabitləri Qəzza zolağına hücumlarda iştirak etməkdən imtina ediblər.

Adalet.az xəbər verir ki, bu haqda İsrail dövlət televiziyası KAN məlumat yayıb.

    Xəbərdə qeyd olunur ki, sözügedən hərbçilər İsrailin Qəzzada atəşkəsi pozaraq hücumlarını yeniləməsinə qarşı mövqelərini əks etdirən məktub dərc etdiriblər.