30 Mart 2025 23:35
333
DÜNYA

İsveçli jurnalist Türkiyədə həbs edildi

Martın 27-də İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbsinə qarşı etirazları işıqlandırmaq üçün ölkəyə gələrkən saxlanılan İsveçin “Dagens ETC” qəzetinin müxbiri Joakim Medin barəsində həbs-qətimkan tədbiri seçilib.

Adalet.az xəbər verir ki, Türkiyə prezidentinin ofisindən verilən məlumata görə, o, “silahlı terror təşkilatına üzv olmaq” və “prezidenti təhqir etmək”də ittiham olunur.

Qeyd edilir ki, Medin Türkiyədə qadağan olunmuş PKK ilə mətbuat arasında əlaqəni təmin edib. Bundan əlavə, jurnalist 2023-cü il yanvarın 11-də Stokholmda PKK tərəfdarlarının mitinqində iştirak edən 15 şübhəli arasındadır.