"Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir" - Arayik
“Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum”.
Adalet.az xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəxs Arayik Harutyunyan deyib.
“Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Digər Xəbərlər
19 Dekabr 2025 16:53
Qan banklarının siyahısında dəyişiklik edildi
19 Dekabr 2025 16:46
Dövlət qəzetləri üçün alınacaq kağızın norması müəyyənləşdi
19 Dekabr 2025 16:42
Baş nazir Daxili İşlər Nazirliyi ilə bağlı QƏRAR İMZALADI
19 Dekabr 2025 13:39
Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir
19 Dekabr 2025 13:30
"Ailə institutunun məhv edilməsi 21-ci əsrin ən böyük müharibəsidir" - Komitə sədri
19 Dekabr 2025 13:27
Məişət zorakılığından zərər çəkən şəxslər bu rüsumlardan azad edilir
19 Dekabr 2025 13:13
Bu əməlləri törədənlər 30 min manat cərimə ediləcək
19 Dekabr 2025 13:11


Bakı -°C

