"Krım Rusiyanın tərkibində qalacaq" - Tramp açıqladı

"Krım yarımadası Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşmanın bir hissəsi olaraq Rusiyanın tərkibində qalacaq".
Adalet.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Time" jurnalına müsahibəsində deyib.
O əlavə edib ki, Ukrayna lideri Volodimir Zelenski də bu faktı yaxşı anlayır.
ABŞ prezidentinin qeyd etdiyi kimi, yarımada kifayət qədər uzun müddət əvvəl Rusiyanın tərkibinə daxil olub.