Manaf Ağayev köməkçisinə maşın hədiyyə etdi
Mahnılarından çox maşın kolleksiyası ilə izləyicilərin diqqətini çəkən müğənni Manaf Ağayev bu dəfə də ənənəsinə sadiq qalıb.
Adalet.az bildirir ki, o, köməkçisinə maşın hədiyyə edib:
“Köməkçimə maşın almışam. “Niva” markalı maşındır. Yəni hər kəs bilir ki, elə bahalı marka deyil. O da sağolsun, bütün günü yanımdadır, əziyyətimi çəkir. Halalı olsun”.
Müğənninin açıqlamasını səhv eşidən aparıcı ona “doğrudan köməkçinizə ev almısınız?” sualını verib. M.Ağayev isə fikrini yenidən təkrarlayaraq ev yox, niva markalı maşın aldığını söyləyib:
“Ev yox, niva- niva. Ev nədir? Heç özümə ev ala bilmərəm, ona necə ev alım”?
Qeyd edək ki, müğənninin bu sözləri izləyiciləri tərəfindən heç də birmənalı qarşılanmayıb.
Əntiqə
Digər Xəbərlər
09 Yanvar 2025 15:06