“Media Savadlılığı” həftəsi çərçivəsində TOT təlimi keçirildi - FOTOLAR

16-22 dekabr tarixlərini əhatə edən “Media Savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT təlimi keçirilib.
Adalet.az xəbər verir ki, Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin prorektoru Nozima Muratova və Buxarest Universitetinin Jurnalistika fakültəsinin dekanı Bogdan Oprea tərəfindən interaktiv dərslər və praktik məşğələlər həyata keçirilib, iştirakçılara media savadlılığı, rəqəmsal kommunikasiya və müasir media texnologiyalarının tətbiqi ilə bağlı ətraflı məlumatlar verilib.
Qeyd edək ki, təlimin təşkilində əsas məqsəd tədris prosesində effektiv və müasir yanaşmaların tətbiqinin təmini, akademik heyətin media və kommunikasiya sahələrindəki ən son trendlərdən, innovasiyalardan, eyni zamanda, texnoloji yeniliklərlərdən xəbərdar edilməsi, media savadlılığı istiqamətində biliklərinin artırılmasından ibarət olub.
Digər Xəbərlər

Bakıvaxtı.az-ın 4 yaşı tamam olur

Biz qəzet oxumaq istəyirik...

Kütləvi kiber hücumla bağlı MEDİA-dan açıqlama

Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur təşkil edilib - FOTOLAR

Əhməd İsmayılov: Azərbaycan və Türkiyənin media qurumlarının faydalı əməkdaşlıq əlaqələri var

Əhməd İsmayılov: Bu memorandum yerli medianın fəaliyyətində canlanma yaradıb

"Yerli istehsal cizgi filmləri yox səviyyəsindədir" - İsmət Səttarov
