06 Aprel 2025 16:25
394
MƏDƏNİYYƏT

Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru Ahmet Levendoğlu 80 yaşında vəfat edib.

Adalet.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə onun sənət dostu Yıldırım Şahinler məlumat yayıb.

Aktyorun hansı səbəbdən öldüyü bəlli deyil. O, aprelin 8-də dəfn olunacaq.

Qeyd edək ki, A.Levendolu “Min bir gecə”, “Kiçik qadınlar”, “Qara çörək” kimi teleseriallarda rol alıb.