Media savadlılığı ilə bağlı onlayn kurs istifadəyə verildi - FOTOLAR

Media Savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən “medialiteracy.media.gov.az” platformasında onlayn kurs hazırlanıb.
Bu barədə Adalet.az-a MEDİA-dan məlumat verilib.
Qeyd olunb ki, rəqəmsal dövrdə məlumatın sürətli yayılması, informasiya mühitinin mürəkkəbləşməsi istər sosial şəbəkələrdə, istərsə də ənənəvi mediada yaradılan və ötürülən məlumatların təhlilini zəruri edir, media savadlılığı bacarıqlarının mənimsənilməsini daha da aktuallaşdırır.
Bu baxımdan, onlayn kursda iştirakçılar informasiya alətlərindən doğru istifadə üçün bir sıra təməl anlayışlar və sorğulayıcı yanaşma formalaşdıran əsas sual və konsepsiyalarla tanış edilir.
Hədəf auditoriya nəzərə alınmaqla sadə müraciət forması ilə təchiz edilmiş onlayn kurs “Media savadlılığı ilə bağlı anlayışlar”, “5 əsas konsepsiya və 5 əsas sual”, “Rəqəmsal dövrdə media savadlılığı” kimi bölmələri və daha detallı altbölmələri ehtiva edir.
Kurs daxilində “Media savadlılığı niyə önəmlidir?”, “İnformasiyanın istehsalçısı və istehlakçılarına yönəlmiş 5 əsas sual”, eləcə də “Saxta məlumatların aşkarlanması üçün alət və texnikalar” adlı videomateriallar, “Media savadlılığı ilə bağlı bələdçi” yer alıb.
Onlayn kursun media savadlılığı ilə bağlı ilkin anlayış və yanaşmaların mənimsənilməsini, bu istiqamətdə əsas konsepsiyalarla tanışlığı, informasiya qəbulu prosesində doğru sualların verilməsi vərdişinin formalaşdırılmasını hədəflədiyi vurğulanıb.
Digər Xəbərlər

"Konstitusiya və Suverenlik İli": Naxçıvanda məlumat sessiyası keçirildi - FOTO

Konstitusiya ilə bağlı media nümayəndələri üçün məlumat sessiyası keçirilib - FOTOLAR

Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşdü - FOTOLAR

Media nümayəndələri üçün seminar keçirildi - FOTOLAR

Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığa dair müzakirələr aparıldı - FOTOLAR

Əhməd İsmayılov Aida Balayeva ilə görüşüb - FOTOLAR

"Media dövlət və cəmiyyət arasında körpü rolunu oynayır" - Əhməd İsmayılov
