Məsrur Bərzani İlham Əliyevi təbrik etdi

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə İraq Kürdüstan Regionunun hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Qoy bu mübarək bayram ölkənizə və dünyada yaşayan bütün müsəlmanlara davamlı xoşbəxtlik, firavanlıq, əmin-amanlıq gətirsin!
Ramazan bayramı təfəkkür, şükür, ruhən yenilənmə bayramıdır və bu kimi dəyərlər bizi birlik, qarşılıqlı anlaşma şəraitində birgə fəaliyyət göstərməyə ruhlandırır.
Mən yaxın əməkdaşlığımızın davam edəcəyinə və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənəcəyinə ümid edirəm".
Digər Xəbərlər

Azərbaycan və NATO nümayəndə heyətləri Qətərdə müzakirələr aparıb

Xələf Xələfov Lavrovla iki ölkə arasında münasibətlərin inkişafını müzakirə edib

Azərbaycanla Somali arasında müdafiə sahələrində əməkdaşlıq sazişi müzakirə olunacaq

Ceyhun Bayramov Sergey Mihovu qəbul edib

Milli Məclisin deputatları IV Antalya Diplomatik Forumunda iştirak edəcəklər

"Suriya hökumətini dəstəkləyirik" - Dövlət başçısı

Prezident “Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanmasından danışdı
