Müəllimlərə“hinduşkabaş”deyən direktor işdən çıxarıldı

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.
Adalet.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
Digər Xəbərlər

Bu uşaqların təhsil üzrə təminatları dəyişdi - Birdəfəlik müavinət ödəniləcək

Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat elan edildi

Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq

Onlar da sertifikasiyaya cəlb olunacaq - Emin Əmrullayev açıqladı - VİDEO

Emin Əmrullayev Fransada azərbaycanlı tələbələrlə görüşüb - FOTO

Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini ilə əməkdaşlığı müzakirə edib

Bu tarixdən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
