Naxçıvan DİN-dən silsilə əməliyyatlar
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son 1 ay ərzində muxtar respublikanın ayrı-ayrı şəhər, rayon və qəsəbələrində vətəndaş məmnunluğunun təmin edilməsi, cinayətkarlığın qarşının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində silsilə əməliyyatlar keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, keçirilən tədbirlər nəticəsində ümumilikdə 85 nəfər məsuliyyətə cəlb edilib. Narkotiklərin qanunsuz dövriyyəsini və satışını təşkil edən, xüsusi qulluqla çətənə kolları yetişdirən 9 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.
Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına , əldə edilməsinə, saxlanmasına, daşınmasına görə isə 34 nəfər məsuliyyətə cəlb edilib.
Avtomobillərdən silsilə oğurluqlar edən, avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan, həmçinin mənzillərdən, ticarət obyektlərindən, əkin sahələrindən eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, spirtli içkilər, məişət əşyaları, tikinti materialları oğurlayan 18 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək, işə düzəltmək vədi ilə pullarını mənimsəyən 3 nəfər saxlanılıb.
Həmçinin narkotik vasitənin təsiri altında avtomobil idarə edən, avtomobil qaçıran 2 şəxs polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə saxlanılıb.
11 qanunsuz ağac kəsmə faktı müəyyən olunaraq 1 faktla bağlı cinayət işi başlanmış, digər faktlarla bağlı toplanmış materiallar müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir.
Qeyd edilən dövr ərzində polis əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan 10 odlu silah, 2 qaz tapançası, 3 avtomat darağı, 578 patron, 1 əl qumbarası, 1 top mərmisi və 1 ədəd süngü bıçağı aşkarlanaraq götürülüb.
Keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində isə mülki hüquqi öhdəliklərin icrasından yayındıqlarına görə eləcə də cinayət məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 158 nəfər saxlanılıb.
“102” Xidməti-Zəng Mərkəzi vasitəsi ilə vətəndaşlardan daxil olan 2 minə yaxın müraciətə opetariv reaksiya göstərilib.
Digər Xəbərlər
16 Dekabr 2025 18:10
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
16 Dekabr 2025 18:05
FÖVQƏLADƏ HALLAR NAZİRİ, GENERAL-POLKOVNİK KƏMALƏDDİN HEYDƏROV CƏNABLARINA
16 Dekabr 2025 16:10
"İnflunserlər bunu həyat tərzi kimi təqdim edir” - AQTA-nın şöbə müdiri
16 Dekabr 2025 15:31
“Gənclər nəinki siqaret çəkir, həm də..." - Deputat
16 Dekabr 2025 15:06
Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan ediləcək
16 Dekabr 2025 14:39
Bu kateqoriyalardan olan şəxslər amnistiyaya düşəcəklər - SİYAHI
16 Dekabr 2025 13:34
Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
16 Dekabr 2025 13:07


Bakı -°C

