adalet.az header logo
  • Bakı -°C
16 Dekabr 2025 18:21
111
İDMAN
A- A+

"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşdi

"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib.

Adalet.az Ağdam təmsilçisinə istinadən xəbər verir ki, 2025/2026 mövsümünün ikinci hissəsinə hazırlıq iki mərhələdən ibarət olacaq.

Misli Premyer Liqasının XVI turunun "Qəbələ" ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı il yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.

"Qarabağ" yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki "Gloria Sports Arena"da təlim-məşq toplanışını davam etdirəcək.

Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları hələ müəyyənləşməyib.

Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda "Ayntraxt"a qarşı keçirəcək.