29 Iyul 2025 17:30
161
DÜNYA

Niderlandın İsraildəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

İsrail xarici işlər naziri Gideon Saar Niderlandın ölkədəki səfiri Marriet Şurmanı çağırıb.

Bu barədə Adalet.az “Times of İsrael”ə istinadən xəbər verir.

Bildirilib ki, diplomata hökumətin son qərarları ilə bağlı etiraz bildiriləcək.

"Söhbət Niderland hökumətinin İsrailə qarşı tədbirlər görmək qərarları fonunda baş tutacaq", - G.Saarın ofisindən bildirilib.

Ötən gün Niderland İsrailin maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben Qvirə ölkəyə giriş qadağası qoyub.

Niderland Xarici İşlər Nazirliyi həmçinin İsrail səfiri Modi Efraimi Qəzza sektorundakı vəziyyəti qınamaq üçün çağıracaq.