30 Iyul 2025 13:24
103
ŞOU-BİZNES

Mənim avtomobilim Şəbnəmkindən, Nəfəsinkindən bahadı...

İndi səsi olmayan və oxuya bilməyən müğənnilər özəl televiziya kanallarında at oynadırlar.

Çünki pulları var, bütün qapılar onların üzünə açıqdır. Özəl televiziyalara isə sənət yox, pul lazımdı...Və belələri də həmin kanallara pul verib, saatlarla ağızlarına gələni oxuyur və danışırlar.

Oxuduqları mahnıların nə sözləri, nə musiqisi, nə də ifaları yönnüdü... Bir neçə gün bundan əvvəl " Xəzər TV" nin " Həmin Zaur" proqramında  efirə çıxan və heç bir istedadı , səsi , ifası ilə diqqəti cəlb  etməyən və ancaq görünüşü , danışığı ilə tamaşaçıları təəccübləndirən  Canan( əsil adı Gülnar) deyir ki, mənim avtomobilim Şəbnəminkindən, Nəfəsinkindən bahadır.

Biz görmüşük ki, mügənni səsi və yeni ifaları ilə  yadda qalır. Amma belə müğənnilər masını və bahalı evləri ilə yadda qalmaq istəyirlər. Və bir də həm Şəbnəm, həm də Nəfəs( ifaları mənim xoşuma gəlməsələr də) Canandan daha yaxşı müğənnidirlər.

Eləcə də, hər iki ifaçı kütlə tərəfindən sevilir.Bax belə! Kimi tamaşanın yaddaşında gözəl səsi və ifası ilə yadda qalır, kim də boş- boş danışıqları ilə. Və bir də indi efirləri zəbt edənlərin 90 faizi 10 ildən sonra  yaddan çıxacaq!!!

Emil Faiqoğlu