Sahibə Qafarova 6-cı Dünya Konfransında ümumi müzakirələrə sədrlik edib

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin 6-cı Dünya Konfransının ikinci günündə ümumi müzakirələrə sədrlik edib.
Adalet.az xəbər verir ki, müzakirələrdə 30-a yaxın ölkənin parlament sədrləri çıxış edib.
Sonra müzakirələr Çinin Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Jao Lejinin sədrliyi ilə davam edib.
Qeyd edək ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransı Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində BMT və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102 ölkənin parlament sədrləri, 38 ölkənin vitse-spikerləri, həmçinin Parlamentlərarası İttifaqın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Digər Xəbərlər

Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq

Səfir: Türkiyə-Ermənistan sərhədi bu halda açılacaq

Minalar həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir - Prezidentin köməkçisi
