adalet.az header logo
  • Bakı -°C
19 Dekabr 2025 12:29
68
SİYASƏT
A- A+

Milli Məclis Amnistiya ilə bağlı qərar qəbul edib - YENİLƏNİB

Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” parlamentin qərar layihəsi müzakirəyə çıxarılıb.

Adalet.az xəbər verir ki, müzakirələrdən sonra qərar layihəsi bir oxunuşda qəbul edilib.

 

***

Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarılıb. 

Adalet.az xəbər  verir ki, qərar layihəsində qeyd edilir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövlətinin qurulub möhkəmləndiyini, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının müasir dövlətçiliyimizin hüquqi təməlini yaratdığını dərin ehtiramla xatırlayaraq, Azərbaycan Respublikası Konstitusiyasının ümumbəşəri dəyərlərə əsaslanaraq müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, digər ölkələrlə dostluq, sülh və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ülvi niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası olduğunu xüsusi qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin,

Konstitusiyamızın ali qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu böyük qürur hissi ilə vurğulayaraq, suverenliyin bərpasının milli həmrəyliyimizi, dövlətçilik ideologiyamızı daha da möhkəmləndirdiyini, xalq–dövlət birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdiyini və gələcək nəsillər üçün əbədi örnək olduğunu fəxrlə bəyan edərək, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasının memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək və Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsini qərara alır.