23 Mart 2025 17:00
443
DÜNYA

Paşinyan Kobaxidze ilə görüşüb

Gürcüstanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə görüşüb.

    Adalet.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

    Bildirilib ki, tərəflər təkbətək görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq və ikitərəfli münasibətləri müzakirə ediblər.

    “Söhbət zamanı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın xüsusi əhəmiyyəti vurğulanıb və regionda sülh və sabitliyin təmin edilməsində birgə səylərin rolu qeyd edilib”, - məlumatda vurğulanıb.