Prostat xərçənginin necə əmələ gəldiyi BİLİNDİ

Prostat hüceyrələrindəki mutasiyalar nəticəsində yaranan iltihab bu hüceyrələri yenidən proqramlaşdıraraq aqressiv şişlərə çevirə bilər.
Adalet.az Oxu.az-a istinadla xəbər verir ki, Brüssel Universitetinin alimlərinin bu sahədə apardıqları araşdırmanın nəticələri "Nature Cancer" jurnalında dərc olunub.
Bildirilir ki, hüceyrələrin yenidən proqramlaşdırılması normal hüceyrələrin öz funksiyalarını dəyişdirdiyi və şiş hüceyrələrinin xüsusiyyətlərini əldə etdiyi prosesdir. Siçanlar üzərində aparılan araşdırmalar göstərib ki, prostatın müxtəlif hissələrində yenidən proqramlaşdırma mexanizmi fərqli ola bilər.
Bununla belə, gəmiricilər üzərində aparılan təcrübələrdə aşkar edilən yenidən proqramlaşdırma əlamətlərinin prostat xərçənginin ən aqressiv formaları olan xəstələrdəki əlamətlərlə üst-üstə düşdüyü kəşfi xüsusi əhəmiyyət kəsb edib.
Alimlərin fikrincə, bu o deməkdir ki, belə molekulyar markerlər xəstəliyin sürətli inkişaf riski yüksək olan xəstələrin erkən aşkarlanması üçün istifadə oluna bilər.
Əsas kəşflərdən biri o idi ki, iltihab sadəcə şiş prosesini müşayiət etmir, əksinə onu işə salır. Eyni zamanda, dərmanlarla iltihabın qarşısını almaq xərçəngin inkişafını dayandıra bilər.
Digər Xəbərlər

Uşağınızın qorxusu mənasız olsa da...

"Sağlam həyat tərzi zehni gücü artırır"

Sürətli arıqlamağın sirri

Bu meyvələr sizi kökəldə bilər

Kondisioner niyə bəzi insanlara pis təsir edir?

Saqqallı kişilərin nəzərinə! - Bakteriya mənbəyi imiş

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq
