28 Aprel 2025 11:20
111
DÜNYA

 Putin Şimali Koreya hərbiçilərinə təşəkkür etdi

Rusiya Federasiyaslnln prezidenti Vladimir Putin, KXDR-nın xüsusi təyinatlılarına Kursk  vilayətinin azad edilməsində iştirak etdikləri üçün təşəkkür edib.

Rusiya prezidenti qeyd edib ki, koreya hərbiçilərinin hərbi əməliyyatlarda iştirak etməsi beynəlxalq hüquqa əsaslanıb (??? R. H.) və Rusiya KXDR-sı arasında strateji əməkdaşlıq müqaviləsi ruhuna uyğundur.

 "Koreyalı dostlar həmrəylik, ədalət və əsl dost kimi hərəkət etdilər"- deyə Putin bildirib.

 Rusiya prezidenti həmçinin KXDR-nın sədri Kim Çen I-na və koreya xalqına öz təşəkkürünü bildirib.

 Rusiya nəhayət ki, xarici ölkə hərbiçilərinin müharibədə iştirakını etiraf etdi...

 Rüstəm Hacıyev