28 Aprel 2025 09:32
141
DÜNYA

Rusiya ilə ABŞ razılığa GƏLDİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb, tərəflər arasında “məhsuldar fikir mübadiləsi” baş tutub.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. 

"Son zamanlar əhəmiyyətli dərəcədə intensivləşən Rusiya-Amerika siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib", - deyə nazirlik qeyd edib.

Rusiya xarici işlər naziri və ABŞ dövlət katibi bütün səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.