06 Avqust 2025 17:28
202
İDMAN

“Qalatasaray” Davinson Sançeslə yeni müqavilə imzaladı

“Qalatasaray” futbolçusu Davinson Sançeslə müqavilənin müddətini uzadıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçi ilə 5 illik yeni sözləşmə imzalanıb.

29 yaşlı oyunçunun illik maaşı 3,2 milyon avrodan 4,5 milyona qədər artırılıb.

Qeyd edək ki, Davinson Sançes “Qalatasaray”a 2023-cü ilin sentyabr ayında İngiltərənin “Tottenhem” klubundan keçib.