Qarabağ" səfərdə "Şkendiya"ya qalib gəldi - YENİLƏNİB

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şkendiya" (Şimali Makedoniya) ilə qarşılaşan "Qarabağ" qələbə qazanıb.
Adalet.az xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qol 18-ci dəqiqədə Toral Bayramovun ayağına yazılıb. O, Leandro Andradeya qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində“Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.
23:13
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
Adalet.az xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə öndədir.
Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.
22:48
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" oyununda birinci hissə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.
22:20
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçında hesab açılıb.
Adalet.az xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi hesabda irəli çıxıb.
Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.
22:00
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçı start götürüb.
Adalet.az xəbər verir ki, qarşılaşma "Todor Proeski” stadionunda keçirilir.
Görüşü slovakiyalı referi İvan Krujlyak idarə edir.
Digər Xəbərlər

“Vest Hem” ötən il qəzaya düşən futbolçu ilə yollarını ayırdı

Portuqaliyalı futbolçu Azərbaycan klubuna keçdi

“Qalatasaray” Davinson Sançeslə yeni müqavilə imzaladı
