23 Aprel 2025 11:01
165
İDMAN

“Qarabağ” “Araz-Naxçıvan”la, “Neftçi” isə “Sabah”la yarımfinal oyununa çıxır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finala yüksələcək komandalar bəlli olacaq.

Adalet.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçlarında “Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” “Neftçi”ni qəbul edəcək.

Günün ilk görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq. Qarşılaşma saat 17:00-da başlayacaq.

İlk oyunda Naxçıvan təmsilçisi Ağdam klubuna 1:0 hesabı ilə qalib gəlib.

Digər oyunda isə “Sabah” və “Neftçi” komandaları münasibətlərini aydınlaşdıracaqlar. “Bank Respublika Arena”da təşkil olunacaq matç saat 20:00-da start götürəcək.

Komandalar arasında birinci duel “tələbələr”in qələbəsi ilə yekunlaşıb – 2:1.