Ceko "Fənərbağça"dan gedəcək

Türkiyənin “Fənərbağça” komandasından mövsümün sonunda ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Bosniya və Herseqovinadan olan hücumçusu Edin Ceko ilə vidalaşacaq. Onunla yayda başa çatacaq sözləşmə uzadılmayacaq.
İddiaya görə, 39 yaşlı forvard Xorvatiyanın “Hayduk” komandası ilə anlaşıb.
Qeyd edək ki, 2023-cü ilin yayından “Fənərbağça”da çıxış edən Edin Ceko 94 matçda 44 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Digər Xəbərlər

“Qarabağ” “Araz-Naxçıvan”la, “Neftçi” isə “Sabah”la yarımfinal oyununa çıxır

Azərbaycan kubokunda finalın vaxtı dəyişdi

AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atıldı

İdman mərc oyunlarının reklamı ilə bağlı yeni qayda müəyyənləşir

“Qarabağ” və “Neftçi”nin oyunlarına hakim təyinatları açıqlandı

Hidayət Heydərov millinin heyətindən çıxarıldı - Avropa çempionatına getməyəcək

Azərbaycan çempionu vəfat etdi
