29 Noyabr 2024 14:13
529
İDMAN

"Qol epizodlarından yararlanmadığım üçün məyusam" - Juninyo

"Keyfiyyətli komandaya qarşı oynadıq".

Adalet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Olavio Juninyo UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın "Lion" klubuna 1:4 hesabı ilə məğlub olduqları V tur oyunu barədə danışarkən deyib.

O, qol epizodlarından yararlanmadığı üçün məyus olduğunu bildirib: "Burada az da olsa, bəxt amili rol oynadı. "Lion" Fransanın ən yaxşı komandalarından biridir və onlara qarşı layiqli mübarizə apardıq. Oyunumuzdan razı qaldım. Bu cür matçlarda xırda detallar nəticənin taleyini həll edir. Ruhdan düşmürük. Qarşıdakı matçlara daha ciddi hazırlaşacağıq".

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu dekabrın 12-də səfərdə İsveçin "Elfsborq" komandasına qarşı keçirəcək.