Qukasyan: 1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı

1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı.
Adalet.az xəbər verir ki, bunu Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən bildirib.
O deyib ki, sonradan həmin şəxslərin bir qismi Qarabağda qaldı, bir qismi Ermənistana, digər qismi Rusiyaya köçdü.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Digər Xəbərlər

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib

DTX-nın həbs etdiyi hakerin məhkəməsi: 80 min manat vermişəm

Süleyman Süleymanlı da Baş Prokurorluğa çağırıldı

Orxan Ağayev istintaqa çağırıldı - VİDEO

"Meydan TV"nin əməkdaşlarının həbs müddəti uzadıldı

Azər Qasımlının həbs müddəti uzadıldı

"Hərbi hissədə yataqxana tikdik, bizə cəmi 440 min manat ödənildi" - "Şlyapa Zahid"in məhkəməsi
