Qumral: “Bacarmıramsa, canlı ifa etmək vacib deyil”
Müğənni Qumral hansı səbəbdən proqramlarda canlı ifa etmədiyini söyləyib.
Adalet.az bildirir ki, o, hər hansı bir ifada xaric notlar ifa erməmək üçün canlı ifa etmir:
“Mənə deyirlər ki, canlı oxuya bilmirsən. Niyə bilmirəm ki? Çox gözəl canlı mahnılar ifa edirəm. Amma bəzən hazırlıqsız oluram. Bu səbəbdən hər hansı bir mahnını xaric notlar üzərində ifa etmək istəmirəm. Bir dəfə oxumuşam. O da aparıcı məcbur edib. Bəzi sənətkarlar var ki, hazırlıqsız canlı mahnı ifa edirlər. Bəzən xaric oxuyurlar və cammatın qınağına tuş gəlirlər. Təyyar Bayramovla Samir Cəfərov yalnız bir dəfə uğursuz ifa ediblər. Ancaq Türkan Vəlizadə, Nəfəs, Kəmalə Günəşli efirlərdə canlı oxumaq istəyiblər, amma xaric oxuyublar. Mahnını düzgün ifa etməyiblər. Bacarmıramsa nə vacibdir axı canlı ifa etmək”!?
Əntiqə


Bakı -°C

