"Azercell" 60 konturumu oğurladı...

Bir çox abonentlər bu gün " Azercell" ölkəmizdəki fəaliyyətindən narazıdırlar.
Onlar deyirlər ki, əvvəllər kiminləsə, bir neçə saniyə ərzində danışanda 9 konturumuz gedirdi, indi isə bu danışığa görə , bizdən 10 kontur çıxırlar. Elə biz də " Azercell" dən narazıyıq. Soruşa bilərsiniz ki, niyə? Ona görə, narazıyıq ki, yanvarın 11-də heç kiminlə danışmadığımız halda bizdən 60 kontur oğurlandı.
Axırda da məlumat gəldi ki, əməliyyat uğurla alındı. Yəqin özlərinin oğurluq" əməliyyatın" deyirlər. Əgər " Azercell" hər abonentdən gündə yox , həftədə bir dəfə 60 kontur oğurlasa, onda görün, bu, nə qədər pul eləyir.Və bu, milyonlarla pul deməkdir. Xalqın cibinə girib milyonlar oğurlayan " Azercell" cinayətinin qarşısın kim almalıdır və bu əmələ aidiyyatı dövlət qurumları niyə göz yumurlar???
Emil Faiqoğlu
Digər Xəbərlər

DİN-dən xəbərdarlıq: Dələduzlar orijinal oxşar dizaynla tələ saytları yaradırlar

Azərbaycanda 5G şəbəkəsi ilə bağlı qanun layihəsi hazırlanacaq

“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir

"Azercell" bizim pulumuzu niyə oğurlayır...?

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

Yeniyetmələrin “TikTok”a girişi məhdudlaşdırılır

ETX: “Azərpoçt”un adından dələduzluq halları var
