Ramin Dekonun həbs müddəti UZADILDI

Məhkəmə “Meydan TV işi” üzrə saxlanılan Ramin Cəbrayılzadə (Deko) barəsində qərar verib.
Adalet.az xəbər verir ki, “Report”un məlumatına görə, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Ramin Cəbrayılzadə qaçaqmalçılıqda ittiham olunur.
Xatırladaq ki, “Meydan tv” işi üzrə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.
Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra Xətai rayon Məhkəməsində onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Bakıda erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir

Qurban Məmmədov Baş Prokurorluğa çağırıldı

Tural Sadıqlı da Baş Prokurorluğa çağırıldı

Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğa çağırıldı - VİDEO

Qabil Məmmədov Prokurorluğa çağırıldı: 24 maddə ilə günahlandırılır - VİDEO

QHT sədrləri həbs edildi

"Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu" - Məhkəmə
