Regional kollecdə YENİ TƏYİNATLAR

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub.
Bu barədə Adalet.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Xoşqədəm Xudiyeva Regional Kollecin direktoru vəzifəsinə təyin edilib.
O, bu təyinatadək kollecdə direktor səlahiyyətlərini həvalə əsasında icra etməklə yanaşı, tədris işləri üzrə direktor müavini vəzifəsini də yerinə yetirirdi. Agentliyin digər əmri ilə tədris işləri üzrə direktor müavini vəzifəsinə Aslan Quliyev təyin olunub. O isə bu təyinatadək kollecdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Xoşqədəm Xudiyeva Gəncə Dövlət Universitetində “İngilis dili” ixtisası üzrə bakalavriat təhsilini başa vurub, 2022–2024-cü illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirilən “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistr proqramını uğurla tamamlayıb. 2010–2024-cü illər ərzində Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub, həmçinin Təhsil İnstitutunda çalışıb.
Aslan Quliyev Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə “Təhsilin təşkili və idarə olunması” magistr proqramında təhsilini davam etdirir. 2017–2024-cü illər ərzində müxtəlif məktəb və liseylərdə pedaqoji və inzibati vəzifələrdə fəaliyyət göstərib. Xəzər Universiteti Dünya Məktəbinin Gəncə filialında tədris işləri üzrə koordinator və icraçı direktor, Avropa Azərbaycan Məktəbində isə tədris üzrə müdir müavini vəzifələrində çalışıb.
Digər Xəbərlər

"Hay"laşdılmış xristian Qıpçaq-ƏRmən tarixi: Bağrevənd döyüşü-1250

Nazirlik rəsmisi: Bölgələrdə əlavə tibbi kolleclərin açılması üçün təhlillər aparılacaq

Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı VACİB XƏBƏR

Məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq

Magistraturaya qəbul imtahanı onlayn keçiriləcək - DİM rəhbəri açıqladı

Qarabağ Universiteti İngilis dili istiqaməti üzrə müəllim vakansiyası elan edir

Azərbaycan-Çin Birgə Universiteti yaradıla bilər
